"Fənərbaxça" Əmrəyə əvəzləyici tapdı

"Fənərbaxça" Əmrəyə əvəzləyici tapdı
XƏBƏR 18 Aprel 2012 / 13:22 2579
-  A +

Mövsümün sonunda "Fənərbaxça"dan ayrılacaq Əmrə Bəlözoğluna əvəzləyici tapılıb.

Qol.Az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Udineze"nin yarımmüdafiəçisi Kadvo Asamuaha "elçi" düşüb.

"Fənərbaxça" rəhbərliyi qanalı futbolçu üçün 11 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Üstəlik Asamuah "Fənərbaxça"ya transfer olunacağı təqdirdə ilinə 2,5 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Asamuah hazırda "Udineze"də ilinə 800 min avro qazanır.


Son xəbərlər