PFL-də növbəti prezident seçkisinin vaxtı açıqlandı

XƏBƏR 18 Aprel 2012 / 12:34 1695
-  A +

Peşəkar Futbol Liqasına (PFL) yeni prezident seçkisi iyunda keçiriləcək. Bu haqda Lent.az-a PFL prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, tədbirin dəqiq tarixi və gündəliyi barədə yaxın vaxtlarda məlumat veriləcək. Seçkidə Unibank Premyer Liqası və I divizionda çıxış edən klubların rəhbərləri və AFFA İcraiyyə Komitəsinin üzvləri iştirak edəcək.

Qeyd edək ki, Ramin Musayev ilk dəfə 2008-ci il iyunun 13-də PFL prezidenti seçilib. Elə həmin vaxt yaradılan qurum, Unibank Premyer Liqası və I divizionun təşkili və keçirilməsinə cavabdehdir.

Daha çox


Son xəbərlər