Vengerdən İngiltərə millisinə bəd xəbər

Vengerdən İngiltərə millisinə bəd xəbər
XƏBƏR 17 Aprel 2012 / 16:44 2121
-  A +

"Arsenal" klubunun gənc ulduzu Cək Uilşır Avropa çempionatında İngiltərə yığmasına kömək edə bilməyəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə "Arsenal"ın baş məşqçisi Arsen Venger məlumat verib.

"Uilşırla görüşdüm. Futbolçunun bu yaxınlarda məşqlərə başlaması imkansız görünür. Çünki onun sağalma prosesində irəliləyiş yoxdu. Uilşır də Avropa çempionatını buraxacağı üçün çox məyusdu".

Qeyd edək ki, Uilşır ötən ilin sentyabr ayında "Nyu-York Red Bulls"la keçirilən yoldaşlıq matçında sağ ayağından zədələnmişdi.   


Son xəbərlər