Bakı "Lokomotiv"inin gənc oyunçusu vəfat etdi

Bakı "Lokomotiv"inin gənc oyunçusu vəfat etdi
XƏBƏR 17 Aprel 2012 / 10:51 2587
-  A +

Azərbaycanın qadınlardan ibarət “Lokomotiv” klubunun oyunçusu Veronika Qomes vəfat edib.
 
27 yaşlı voleybolçu daban vətərində (Axilles vətəri) meydana gələn xəsarət səbəbilə əməliyyat olunmaq üçün ölkəsinə yollanıb.
 
Qomesin nəfəs çatışmazlığından vətəni Venesuellada öldüyü bildirilir.


“La Region” saytı isə yazıb ki, voleybolçunun ölümünə səbəb onun zəhərlənməsi olub. Voleybolçunun zəhərlənməsi ilə bağlı rəsmi məlumat hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Veronika Qomes Bakı “Lokomotiv”indən əvvəl Rusiyanın “Uraloçka”, Belçikanın “Tonqeren”, İsveçrənin “Konis”, İspaniyanın “Caja de Avila” və Rumıniyanın “Galati” komandalarında oynayıb.

Mənbə: anspress.com

Son xəbərlər