"Barselona" dünyanın ən yaxşısıdır, ancaq məğlubedilməz də deyil"

"Barselona" dünyanın ən yaxşısıdır, ancaq məğlubedilməz də deyil"
XƏBƏR 17 Aprel 2012 / 02:46 2367
-  A +

"Çelsi" klubunun yarımmüdafiəçisi Frənk Lempard Çempionlar Liqasının yarımfinalında qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, ingilis futbolçu "Barselona"dan çəkinmədiklərini və bu səddi uğurla keçəcəklərinə inandığını bildirib:

"Hər bir oyundan öncə şanslar bərabər olur. Düzdü, "Barselona" hazırda dünyanın ən yaxşı komandasıdır, ancaq məğlubedilməz də deyil. Artıq komandada özünəinam yaranıb və gündən-günə artırırıq. Belə də davam etməliyik. Biz "Barselona"dan çəkinmirik və bu səddi keçəcəyimizə inanırıq".
 
Qeyd edək ki, "Çelsi" - "Barselona" matçı aprelin 18-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 


Son xəbərlər