Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov quruma qarşı Rusiya Güləş Federasiyası tərəfindən qərəzli məlumatların yayılmasına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, Ə.Cəfərov bütün dünyada olduğu kimi Azərbaycanda da güləşçilərin transferinin FİLA-nın mövcud qaydalarına əsasən həyata keçirildiyini vurğulayıb:
"Güləşçilərin transferi bütün ölkələr, o cümlədən Azərbaycan tərəfindən FİLA-nın mövcud qaydalarına əsasən həyata keçirilir. Bu zaman, idmançının məxsus olduğu ölkənin Federasiyasından rəsmi razılıq əldə olunur, müvafiq məbləğ qarşı tərəfə ödənilir və transfer gerçəkləşdirilir. Bundan sonra isə, 2 il karantin müddəti gözlənilir və yalnız bu müddət başa çatdıqdan sonra transfer edilmiş idmançı yeni komandasının heyətində beynəlxalq yarışlarda çıxış etmək hüququ qazanır.
Bütün daxili və beynəlxalq yarışlarda şəffaflığın təmin edilməsi üçün FİLA tərəfindən püşkatma prosesi elə həyata keçirilir ki, hər bir idmançı üçün şərtlər bərabər olsun. Yəni güləşlə az-çox maraqlanan istənilən şəxsin bu prosesdən xəbəri var. Buna görə də cənab Bryusovun bu məsələni qabartması sadəcə gülüş doğurur. O ki qaldı, çəki prosesindən sonra yarımqrupların formalaşmasına, bu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilir. Burada heç bir insan faktoru rol oynamır, şəffaflıq tam təmin olunur.
Rusiya Güləş Federasiyasının rəsmilərinə İstanbulda keçirilən son Dünya çempionatının bir neçə çəki dərəcəsində bizim idmançıların yarımqruplarına nəzər salmalarını məsləhət görürəm. 84 kq çəkidə dünya çempionluğunu qazanan Şərif Şərifovun medala qədər mübarizədən kənarlaşdırdığı idmançıların statusu və titulları barədə məlumatları yoxdursa, FİLA-nın məlumat bazasına diqqətlə baxsınlar. Eyni sözləri 74 kq çəki dərəcəsi haqqında da demək mümkündür. Bizim əksər idmançıların yarımqrupunda Rusiya da daxil olmaqla, dünyanın öndə gedən güləş ölkələrinin təmsilçiləri olub. Əgər püşkatmaya müdaxilə etmək mümkün olardısa, o zaman idmançılarımız üçün ən asan rəqibləri seçərdik. Bu kimi misalları son Avropa çempionatı barədə də demək olar.
Əslində Rusiya tərəfini başa düşmək çətin deyil. Son vaxtlar Rusiya güləşində tənəzzül yaşanır və federasiya rəhbərliyi qarşıdakı Olimpiya oyunlarında baş verə biləcək mümkün uğursuzluqdan özlərini sığortalamaq üçün belə fikirlər səsləndirir. Onlar nədənsə idmançılarının məğlubiyyətini hazırlıq prosesində və məşqçilərdə yox, kənar amillərdə axtarmağa çalışırlar. Digər tərəfdən Azərbaycan güləşinin son illərdə qazandığı nailiyyətlər onları qıcıqlandırır. Təklif edirəm ki, bu cür bəyanatlar yaymaqdansa, öz komandalarını ədalətli mübarizəyə hazırlasınlar".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?