"Mançester Yunayted"dən 20 milyon funt-sterlinq və 2 oyunçu

"Mançester Yunayted"dən 20 milyon funt-sterlinq və 2 oyunçu
XƏBƏR 16 Aprel 2012 / 12:51 2101
-  A +

"Mançester Yunayted" klubu gələn mövsüm üçün növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın "Telegraph"a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi bu dəfə "Benfika"nın gənc oyunçusu Nikolas Qaytana "elçi" düşüb.

"Mançester Yunayted"in baş məşqçisi Ser Aleks Fergüsson Qaytanı yeni mövsümdən komandasında görmək istəyir.

İngiltərə nəhəngi 24 yaşlı futbolçu üçün 20 milyon funt-sterlinqlə yanaşı, iki oyunçusu - Fabio və Maçedanı da qarşı tərəfə verməyə hazırdı. Maliyyə cəhətdən sıxıntı yaşayan "Benfika"nın bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, argentinalı futbolçu ilə Fransanın PSJ klubu da yaxından maraqlanır.


 

 


Son xəbərlər