Burak Yılmazın burnu qırıldı

XƏBƏR 16 Aprel 2012 / 12:08 1640
-  A +

“Fənərbaxça” və “Trabzonspor” klubları arasında dünən keçirilən Türkiyə superliqasının final mərhələsinin ilk oyununda (2:0) qonaq komandanın futbolçusu Burak Yılmaz xəsarət alıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, mübarizə zamanı rəqib futbolçuyla toqquşduqdan sonra Burak xəstəxanaya aparılıb. Buradakı müayinə zamanı futbolçunun burnunun qırıldığı üzə çıxıb.

Hücumçunun həftəsonu baş tutacaq oyunda xüsusi qoruyucu ilə meydana çıxacağı gözlənilir.


Son xəbərlər