Futbol üzrə Azərbaycan I divizionunda sona altı tur qalmış “Qaradağ Lökbatan” klubunun çempionluğu bəlli oldu. Belə ki, 62 xalla turnir cədvəlinin lideri olan “Qaradağ Lökbatan” ən yaxın izləyicisi “Neftçala”nı 16 xal qabaqlayır.
Artıq gələn mövsümdən etibarən Unibank Premyer Liqasında çıxış edəcək “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov www.pfl.az saytına verdiyi açıqlamada bu cür çempion olacaqlarını gözləmədiklərini bildirdi:
“Hər bir komandanın arzusu çempion olmaqdır. Çox şadam ki, bu sevinci yaşamaq bizə də qismət oldu. Komandamız özünə inanırdı. Mövsümün əvvəlindən əzmkar mübarizə aparırdıq. Çempionluqda komandanın hər bir fərdinin, xüsusilə rəhbərliyin çox böyük payı var. Mən komandanın prezidenti Tahir Mustafayevə bizə göstərdiyi diqqətə görə bir daha təşəkkür etmək istəyirəm”.
“Birinci dövrədə biz 2-3-cü pillələrdə qərarlaşırdıq. Qış fasiləsində qarşımıza məqsəd qoyduq ki, ancaq çempion olmaq və hər oyunda qalib gəlmək üçün meydana çıxacağıq. Futbolçularım çox böyük əzmkarlıq göstərdilər. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Nəzərə almaq lazımdır ki, “Qaradağ Lökbatan”ın heyətində bir nəfər də olsun milli komanda üzvü yoxdur. Amma onların cari mövsümdə qazandıqları təcrübə artıq onların Premyer Liqada oynamalarına imkan verir. Ona görə də, biz növbəti mövsümdə heyətdə əsaslı dəyişiklik etməyi düşünmürük. I Divizion ilə Premyer Liqa arasında səviyyə fərqi olduğuna görə müəyyən transferlər etmək vacibdir. Bəzi boşluqları aradan qaldırmaq üçün yeni futbolçular transfer edəcəyik, ancaq əksər oyunçular komandada qalacaq. Bu həm də halallıq məsələsidir. Axı, komandanın Premyer Liqaya yüksəlməsində onların böyük əməyi var”.
“Ötən mövsümlə müqayisədə bu il I Divizionda daha güclü mübarizənin şahidi olduq. Bu da ölkədə futbolun inkişaf etdiyinin göstəricisidir. Bu il 3-4 komandanın heyətində legioner futbolçular çıxış edirdilər. Bölgə komandaları da artıq oyunlarda öz güclərini ortaya qoyurlar. Diqqət yetirsəniz görərsiniz ki, bölgə komandalarının əksəriyyətini biz minimal hesabla məğlub edə bilmişik. Çox gərgin mübarizə nəticəsində qələbə qazanırdıq”.
“Artıq çempion olduğumuz bəlli olsa da, növbəti qarşılaşmalarda da qələbə qazanmağa çalışacağıq. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Belə olan halda qələbə qazanmaq da asan olur. Hər bir komandaya uğurlar arzulayıram. Çox gözəl çempionatın şahidi olduq. Bütün rəqiblərə təşəkkür edirəm”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?