“Qarabağ”ın 140 günlük seriyası qırıldı

“Qarabağ”ın 140 günlük seriyası qırıldı
XƏBƏR 16 Aprel 2012 / 10:14 1518
-  A +

Ağdamın “Qarabağ” klubunun Unibank Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Ardıcıl 13 oyunda uduzmayan Qurban Qurbanovun yetirmələri XXVIII turun “Qəbələ” ilə qarşılaşmasında 0:1 hesabı ilə məğlub olub. Sonuncu dəfə ötən il noyabrın 26-da keçirilən XIV turun oyununda uduzan “Qarabağ” həmin vaxt öz meydanında “Neftçi”yə məğlub olmuşdu – 1:2.

140 gün uduzmayan Ağdam təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasında 8 qələbə qazanıb və 5 heç-heçə edib. 140 gün ərzində “Qarabağ” 29 xal toplayıb.

Xəbər: pfl.az

Daha çox


Son xəbərlər