Lisenziya turniri təxirə salındı

Lisenziya turniri təxirə salındı
XƏBƏR 16 Aprel 2012 / 02:30 1304
-  A +

Türkiyənin Trabzon şəhərində aprelin 14-də keçirilməli olan boks üzrə Avropa Olimpiya təsnifat yarışı təxirə salınıb.

Lent.az-ın məlumatına görə, aprelin 13-də Trabzonda güclü duman olduğundan hava limanı təyyarələri qəbul etməyib.

Bu səbəbdən bir çox komandalar yarış yerinə vaxtında çata bilməyiblər. Təşkilat komitəsi turnirin açılış mərasimi və ilkin döyüşlərini bir gün sonraya – aprelin 15-ə keçirib. Püşkatma mərasimi də bazar günü olacaq.

Azərbaycan milli komandası Türkiyəyə aprelin 14-də gəlib. Qeyd edək ki, ölkəmizi Trabzonda 5 boksçu – Salman Əlizadə (49 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Vətən Hüseynli (81 kq) təmsil edəcəklər.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner