Bernhard Raab: "Bu qələbə bizə çox lazım idi"

Bernhard Raab: "Bu qələbə bizə çox lazım idi"
XƏBƏR 16 Aprel 2012 / 00:46 1384
-  A +

"İkinci dövrədə ilk qələbəmizi qazandıq. Bu qələbə bizə çox lazım idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Bernhard Raab "Kəpəz"lə oyundan sonra (2:0) keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis bu oyunda vacib qələbə qazandıqlarını bildirib: "Son iki oyunda bəxtimiz gətirsəydi, qələbə qazana bilərdik. Gələn oyunlarda da qələbə qazanmağa çalışacağıq. Futbolçuların özünəinamı baxımından bu oyunda vacib qələbə qazandıq”.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner