Nəsimov və Çesnauskis

XƏBƏR 15 Aprel 2012 / 16:16 1896
-  A +

Mövsümün ikinci het-triki      2012-04-15

Unibank Premyer Liqanın cari mövsümündə 2-ci het-trik qeydə alınıb. Qol.Az-ın məlumatına görə, bu, ilk “altılıq”da baş tutan XXVIII turda gerçəkləşib.

Meydan sahiblərinin 4:1 hesablı qələbə qazandığı “Bakı” – “Xəzər Lənkəran” oyununda Deyvidas Çesnauskis lənkəranlıların qapısına 3 qol vurub. Litvalı legionerə qədər cari mövsümdə yalnız 1 futbolçu buna nail olmuşdu. Bu da çempionatın bombardiri Bahadır Nəsimova nəsib olmuşdu. “Neftçi”nin özbəkistanlı hücumçusu XVI turun AZAL-la oyununda fərqlənmişdi. Ötən il dekabrın 11-də komandasının 7:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Nəsimov mövsümdə ilk het-trikin müəllifi olmuşdu (pfl.az).

Daha çox


Son xəbərlər