Təxirə salınmış “Beşiktaş” – “Qalatasaray” oyununun vaxtı açıqlandı

XƏBƏR 15 Aprel 2012 / 12:17 2133
-  A +

Türkiyə superliqasının final mərhələsinin dünən keçirilməli olan, lakin güclü yağış səbəbindən meydançanın əlverişsiz vəziyyətə düşməsinə görə təxirə salınan “Beşiktaş” – “Qalatasaray” oyununun vaxtı açıqlanıb.

Qol.Az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, matç aprelin 16-sı keçiriləcək. Oyun Bakı vaxtıyla saat 22.00-da “İsmət İnönü” stadionunda başlayacaq.

Daha çox


Son xəbərlər