"Yuventus" canlı əfsanəsini komandada saxlayır

"Yuventus" canlı əfsanəsini komandada saxlayır
XƏBƏR 15 Aprel 2012 / 00:01 1838
-  A +

"Yuventus" klubunun canlı əfsanəsi Alessandro Del Pyero mövsümün sonunda komandada qala bilər.

Qol.Az-ın "II Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, 37 yaşlı futbolçunun daha bir mövsüm "Yuventus"da çıxış edəcəyi iddia olunur.

Rəhbərlik daha öncə mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatacaq futbolçu ilə yollarını ayıracağını açıqlamışdı. Lakin Del Pyeronun son turlarda sərgilədiyi oyun klub rəhbərliyinin diqqətindən yayınmayıb.

Qeyd edək ki, 1993-cü ildən "Yuventus"da çıxış edən Del Pyero keçirdiyi 497 oyunda 207 dəfə fərqlənib.

 


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq