Vaqif Sadıqov: "Yalnız bu cür uğur qazanmaq olar"

XƏBƏR 14 Aprel 2012 / 19:16 1910
-  A +

"Doğrudan da, maraqlı oyun oldu, hər iki komandada qələbə əzmi var idi. 4-5 oyunçunu əvəzedici heyətdən cəlb etmişdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Rəvan"la oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib.

V.Sadıqov komandasının bu görüşdə sonadək mübarizə apardığını bildirib: "Sona qədər mübarizə apardıq. Artıq ikinci oyundur ki, hesabda geridə olduqdan sonra bərabərlik qolunu vura bilirik.

Komanda “Rəvan” sindromunu qırmağa çalışırdı. Bu, bizim “Rəvan”la ilk heç-heçəmiz idi. Futbolçularım oyunda tapşırıqları yerinə yetirə bildilər. Yalnız bu cür uğur qazanmaq olar. Gələn çempionatda hər iki komandanın ilk altılıq uğrunda mübarizə aparacağına inanıram”.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner