"Bakı" FİFA-nın "Xəzər Lənkəran"la bağlı qərarına münasibət bildirdi

"Bakı" FİFA-nın "Xəzər Lənkəran"la bağlı qərarına münasibət bildirdi
XƏBƏR 14 Aprel 2012 / 00:30 2524
-  A +

"Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov FİFA-nın "Xəzər Lənkəran"ın hesabından 6 xal silməsi barədə xəbərə münasibət bildirib.

Qol.Az-ın "Bakı"nın rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəsmisi bu halın onları sevindirmədiyini, əksinə kədərləndirdiyini deyib:

“Vəziyyətin belə hal almasını arzulamazdıq."Bakı" mübarizəni meydanda aparır və hər bir komandanın nəticəsinə hörmətlə yanaşır. "Xəzər Lənkəran"ın hesabından 6 xal silinməsi komandanın, futbolçuların, məşqçilərin əziyyətini yerə vurur. Bu, istənilən klub üçün ağır qərardır.

İnanıram ki, bu gün qarşılaşacağımız “Xəzər Lənkəran” özündə güc tapıb, mövsümün sonuna qədər iddialarını davam etdirəcək. Biz bütün münasibətlərin 90 dəqiqə ərzində ancaq meydanda ayırd olunmasının tərəfdarıyıq.

Ədalətli mübarizədə qazanılan istənilən nəticə bizim üçün qəbuldur".

Son xəbərlər