AFFA "Neftçi" və "İnter"in şikayətlərini rədd etdi

AFFA "Neftçi" və "İnter"in şikayətlərini rədd etdi
XƏBƏR 14 Aprel 2012 / 00:07 1904
-  A +

Ötən gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda  “Neftçi” PFK və “İnter” PİK-in İntizam Komitəsinin onlar barədə qəbul etdiyi qərarları ilə bağlı müraciətlərinə  baxılıb.

Müzakirələrdən sonra  aşağıdakı qərar qəbul olunub: 

 1. “Neftçi” PFK barədə AFFA-nın İntizam Komitəsinin 09.03.2012-ci il tarixli qərarı dəyişdirilsin və U-16 Liqasının “Qəbələ”- “Neftçi” oyunu Qəbələ şəhərində qonaq komandanın bütün xərclərini “Qəbələ” FK çəkməklə yenidən keçirilsin. 

2. “Neftçi” PFK barədə AFFA-nın İntizam Komitəsinin 03.04.2012-ci il tarixli qərarının 2-ci  bəndi qüvvədə saxlanılsın.

3. “İnter” PİK barədə AFFA-nın İntizam Komitəsinin 03.0

4.2012-ci il tarixli qərarının 4-cü  bəndi  qüvvədə saxlanılsın.

“Xəzər Lənkəran” - “İnter” komandaları arasında oyunun hakimi barədə məsələyə Hakimlər Komitəsi, hakim-inspektoru barədə məsələyə isə Hakim-İnspektorlar Komitəsi baxaraq Apellyasiya və Ekspert Komitəsinə məlumat versin.

Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya