"Qarabağ" "Qəbələ" ilə oyuna hazırdı

"Qarabağ" "Qəbələ" ilə oyuna hazırdı
XƏBƏR 13 Aprel 2012 / 17:53 1921
-  A +

Ağdamın "Qarabağ" klubu artıq "Qəbələ" ilə oyuna hazırdır.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sabah Qəbələdə cari mövsümdə 6-cı dəfə eyniadlı komanda ilə qarşılaşacaq "Qarabağ" sonuncu məşqini edərək oyun saatını gözləyir.

Bu gün səhər Bakını tərk edərək oyunun keçiriləcəyi rayona yollanan komanda 1 saatlıq yüngül çalışma keçib. Ardınca otelə yollanan Qurban Qurbanovun komandası istirahət edəcək.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu aprelin 14-ü saat 16:00-da keçiriləcək.

 

 


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner