Türkiyənin Antalya şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan milli komandasının daha 2 üzvü qızıl medal qazanıb.
Lent.az-ın məlumatına görə, aprelin 11-də “körpücük” üzərinə qalxan Boyanka Kostova (58 kq) və Əfqan Bayramov (69 kq) qitə çempionu olublar.
Kostova əvvəlcə birdən qaldırmada 98 kq nəticə ilə kiçik gümüş medala sahib olub. Təkanla qaldırmada isə o, 117 kq nəticə ilə kiçik qızıl medal əldə edib. İki hərəkətin cəmində o, albaniyalı Romela Begayla eyni miqdarda – 215 kq nəticə göstərib. Lakin Beqaydan çəkicə 360 qram yüngül olması səbəbindən, Kostova çempion elan edilib. Bürünc medalı isə 211 kq nəticə ilə rusiyalı Yelena Şadrina qazanıb.
Bayramov isə birdən 143 kq qaldırıb. Bu nəticə ona kiçik əyarlı medal qazanmaq imkanı verməyib. Təkanla qaldırmada o, ikinci cəhddə 178 kq-ın öhdəsindən gəlib. Üçüncü cəhddə 182 kq ağırlığı qaldıra bilməsə də, ağırlıqqaldıranımızın əvvəlki nəticəsi ona kiçik qızıl medal, iki hərəkətin cəmində göstərdiyi 321 kq nəticə isə Avropa çempionluğu qazanmasına yetərli olub. Gümüş və bürünc medallarla kifayətlənən fransalı ağırlıqqaldıranlar Venselas Dabaya Tientşeu və Bernardin Kinq Matam hərəyə 318 kq nəticə ilə kifayətləniblər.
Qeyd edək ki, yarışın ilk günündə ağırlıqqaldıranlarımızdan Valentin Xristov (56 kq) qızıl, Silviya Angelova (48 kq) bürünc medal əldə edib. İndiyədək “körpücük” üzərinə çıxmış bütün atletlərimiz medal qazanmağa müvəffəq olublar. Hazırda Azərbaycan ümumi komanda hesabında liderdir. Qarşıdakı günlərdə isə daha 4 ağırlıqqaldıranımız - Namiq Cəmilov (85 kq), İntiqam Zairov (94 kq), Alyona Kirilenko (69 kq) və Yuliya Dovqal (75 kq) mübarizəyə qoşulacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?