Del Pyero "Yuventus"da 700-ci oyununu keçirdi

XƏBƏR 12 Aprel 2012 / 10:50 1619
-  A +

İtaliyanın "Yuventus" klubunun futbolçusu Alessandro del Pyero doğma komandasında 700-ci oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, əfsanəvi hücumçu yubiley matçında dünən "Latsio"ya qarşı meydana çıxıbb

Qeyd edək ki, "Yuve"nin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda komandasının ikinci qolunu məhz Del Pyero vurub. 

Bu qələbədən sonra "Yuventus" A seriyasında liderliyi davam etdirir.


Son xəbərlər