Pele: "Messi ilk öncə Neymarın səviyyəsinə çatmalıdır"

Pele: "Messi ilk öncə Neymarın səviyyəsinə çatmalıdır"
XƏBƏR 12 Aprel 2012 / 02:57 2254
-  A +

Futbol dünyasının canlı əfsanəsi Pele yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Pele özü ilə müqayisə olunan "Barselona"lı ulduz Lionel Messinin ilk öncə Neymarın səviyyəsinə çatmalı olduğunu bildirib:

"Bu gün hər kəs Messidən danışır. Doğrudur, Messi bir ulduzdur. Ancaq o mənimlə və Maradona ilə müqayisə oluna bilməz. Messi bunun üçün ilk öncə Neymarın səviyyəsinə çatmalıdır".

Daha çox


Son xəbərlər