UEFA "Beşiktaş"ı 38 min avro cərimələdi

UEFA "Beşiktaş"ı 38 min avro cərimələdi
XƏBƏR 12 Aprel 2012 / 02:28 1557
-  A +

UEFA-nın Nəzarət və İntizam Komitəsi Türkiyənin “Beşiktaş” klubunu üst-üstə 38 min avro cərimələyib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna Avropa Liqasının 1/16 final və 1/8 final mərhələlərində Portuqaliyanın “Braqa” və İspaniyanın “Atletiko” komandaları ilə ev oyunları zamanı yerli azarkeşlərin davranışları səbəb olub.

“Braqa” ilə qarşılaşmada fanatlar tribunada məşəl yandırdıqları üçün 3 min avro ziyana düşüblər. “Atletiko” ilə görüşdə isə meydançaya yad əşyalar atılıb və azarkeş girib. Bu da “Beşiktaş”a əlavə 35 min avro cərimə bahasına başa gəlib.

Qeyd edək ki, “Beşiktaş” rəhbərliyi azarkeşlərdən qarşıdakı ev oyunlarında məsuliyyətli davranmalarını xahiş edib.


Son xəbərlər