Baroş: "Avropa çempionu ola bilərik"

Baroş: "Avropa çempionu ola bilərik"
XƏBƏR 12 Aprel 2012 / 01:06 1778
-  A +

Çexiya millisinin hücumçusu Milan Baroş iddialı açıqlamaları diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan Baroş komandasının Avropa çempionatındakı şanslarını dəyərləndirib:

"2004-cü ildə yarımfinalda Yunanıstana məğlub olmuşduq. Yunanıstan millisi finalda Portuqaliyanı məğlub etməklə turniri çempion olaraq tamamlamışdı. Həmin şeyi bu il biz niyə yaşamayaq? İnanıram ki, Avropa çempionatında maksimum gücümüzü ortaya qoyaraq, uğur qazanacağıq".

Qeyd edək ki, Çexiya millisi A qrupunda Yunanıstan, Polşa və Rusiya yığmaları ilə mübarizə aparacaq.

Daha çox


Son xəbərlər