“Qəbələ” klubunun əvəzedici komandasının baş məşqçisi Daril Villard PFL-in rəsmi saytına müsahibəsində komandasının cari mövsümdəki çıxışı və qarşılarında duran əsas məqsədlərindən danışıb:
- Komandanız son turda AZAL-la qarşılaşdı. Bu oyun oyun barədə fikirlərinizi öyrənmək istərdik...
- Azərbaycanda olduğum müddət ərzində əvəzedici komandalar arasında keçirilən ən yaxşı oyunu izlədik. AZAL-a qarşı əsas heyətdə Azərbaycanın U-17 milli komandasının beş və U-16 milli komandasının bir futbolçusunu meydana buraxmışdıq. Futbolçularım 5:0 hesabıyla qələbə qazandılar. Bu, ölkədə ən gənc əvəzedici komandadır.
- Növbəti turda səfərdə çempionatının lideri “Neftçi”nin qonağı olacaqsınız. Bu oyun haqqında nə deyə bilərsiniz?
- “Neftçi” çox güclü komandadır. Komandanın baş məşqçisi çox yaxşı işlər görüb. Eyni zamanda “Neftçi”də bir neçə istedadlı gənc oyunçu var. Mən bu oyunu digər oyunlardan fərqləndirmək istəməzdim. Mənim işim oyunlarda qələbə qazanmaq deyil, gənc futbolçuların inkişaf etdirilməsidir.
- Sizcə, “Neftçi” ilə oyunda çempionluğun taleyi həll olunacaqmı?
- Fikrimcə, bu, iki güclü komandanın qarşılaşması olacaq. Hər iki klubun heyətində gənc və istedadlı futbolçular var. Komandalar başabaş mübarizə aparacaqlar. Son turda olduğu kimi maraqlı qarşılaşma olacağını gözləyirəm. “Neftçi” qalib gəlsə, onlar çempionatın qalibi olacaqlar. Ancaq mənim əsas məqsədim çempion olmaq deyil, Azərbaycanda gənc, texnikalı, istedadlı futbolçu nəsli yetişdirməkdir.
- Artıq çempionatın başa çatmasına az qalıb. Komandanızın göstərdiyi oyundan razısınızmı?
- Bəzi futbolçuların tez bir zamanda inkişaf etməsi məni yaxşı mənada təəccübləndirir. Bu, uşaqların məqşlərə düzgün yanaşmasından və mənim oyun fəlsəfəmi düzgün dərk etməsindən irəli gəlir. Qış fasiləsindən sonra keçirdiyimiz 9 oyundan 8-də qalib gəlmişik. Futbolçular müxtəlif mövqelərdə oynamağı öyrənirlər və hazırda bir-birini çox yaxşı başa düşürlər. Köməkçi məşqçilərimin də bu işdə böyük rolu var. Onlar mənim nə istədiyimi futbolçulara düzgün başa salırlar.
- Hansı futbolçunuzun oyunu sizi daha çox qane edir?
- Son 12 oyunda müxtəlif vaxtlarda 7 futbolçu Azərbaycanın U-19 və 1 futbolçu U-21 millisinə çağırılıb. Heç bir futbolçunu ayrılıqda fərqləndirmək istəməzdim. Fikrimcə, hazırda 4-5 futbolçumuz var ki, 2012-2013-cü il mövsümündən əsas komandada çıxış edə bilərlər. Uşaq futboluna olan böyük diqqət artıq öz bəhrəsini verməkdədir.
- “Qəbələ” mövsüm ərzində qapısından ən az top buraxan komandadır. Amma vurduğu qolların sayına görə bəzi komandalardan geri qalır. Buna əsasən demək olarmı ki, “Qəbələ”nin müdafiə xətti güclü olsa da, hücum xəttində müəyyən çatışmazlıqlar var?
- Qol vurma və ya az qol buraxma statistikaları yaxşı haldır. Bu, komandanın məhsuludur. Müdafiəmizi hücumdan qururuq. Ona görə də az top buraxırıqsa, deməli hücumçularımızın da bunda böyük payı var. Hücumçular işlərini görməsələr, onda yarımmüdafiə və müdafiəçilərə daha çox güc düşər və təzyiq altında qalarlar. Mövsümün ilk yarısında futbolçularımıza müxtəlif mövqelərdə oynamağı öyrədirdik. İndi onlardan nə istədiyimizi çox yaxşı başa düşürlər. Son 9 oyunda 20 top vurub, qapımızdan cəmi 4 top buraxmışıq. Komanda şəklində qalib gəlir və ya məğlub oluruq.
"Barselona"dan "Braqa"ya - Rəsmi
Saul Niqes yeni klubu ilə müqavilə bağladı
Kunde 2030-cu ilə qədər "Barselona"da
Səbayıl "Səbail"ə keçdi
"Kəpəz" futbolçusunu icarəyə göndərdi
"Mançester Siti" yeni qapıçı aldı
"Turan Tovuz"dan ayrılan futbolçunun yeni klubu bilindi
“Qəbələ”dən 1-ci liqa klubuna
Məşhur futbolçu ilə müqavilə ləğv edildi
Azərbaycan güəşçiləri dünya çempionatına yollanır
"Milan"ın yeni sarı formaları - Şəkillər
"Arsenal" Qyökereş işini bitirdi
Tovuz şəhər stadionunda işlərə start verildi - Şəkillər
"Neftçi" legioneri ilə vidalaşdı
"Qəbələ"dən ayrılan futbolçu "Karvan"da
Rahil Məmmədov "Araz-Naxçıvan"da - Rəsmi
Pirlonun yeni klubu məlum oldu
Azərbaycan klubunda 3 ayrılıq
MEDİA qalib jurnalistlərin adlarını açıqladı - Siyahı
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
"Sumqayıt"ın rəqibləri müəyyənləşdi
"Ən güclü rəqib "Araz-Naxçıvan"a düşüb" - Zaur Axundov
Cəlal Hüseynov Konfrans Liqasında meydana çıxdı
Rəqib komandanın əlini sıxmadılar - Qalmaqal olay
Patrik Andrade: “Qolum baxımlı alındı”