“Barselona” 16 yaşlı futbolçunu istəyir

“Barselona” 16 yaşlı futbolçunu istəyir
XƏBƏR 10 Aprel 2012 / 17:15 2748
-  A +

İngiltərənin “Mançester Siti” klubunun aşağı yaş qrupu üzrə komandasının 16 yaşlı futbolçusu Eşli Smit-Braun “Barselona”nın maraq dairəsinə düşüb.

Qol.Az-ın “Daily Mirror”a istinadən yaydığı məlumata görə, Kataloniya klubunun seleksiyaçıları Eşlinin oyununu  İngiltərə və İspaniyanın U-16 milli komandalarının matçı zamanı izləyib və ona heyran qalıblar.

Gənc futbolçu müdafiənin həm sağ, həm sol cinahlarında, həm də orta xətdə yüksək səviyyədə oynamaq bacarığına malikdir.


Qarabağ FK
Son xəbərlər
topaz banner