Millimizin rəqibi Gürcüstan yığması ilə qarşılaşacaq

XƏBƏR 10 Aprel 2012 / 15:43 1357
-  A +

DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Lüksemburq yığmasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Lüksemburq millisi avqustun 15-də Lüksemburq şəhərindəki "Cozi Bartel" stadionunda Gürcüstan yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, lüksemburqlu futbolçuların iyunun 2-də Malta, noyabrın 14-də isə Şotlandiya yığması ilə Cozi Bartel stadionunda yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik.

Daha çox


Son xəbərlər