“Neftçi” klubunun yarımmüdafiəçisi Slavço Georgiyevskinin Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 27-ci turunda evdə “Bakı”ya qalib gəldiniz. Oyuna yaxşı başlasanız da, sonradan zəif təsir bağışladınız. Səncə, niyə ?
- Düzdü, ilk 45 dəqiqəni yüksək səviyyədə keçirdik. İstəyirdik ki, ilk yarıda hesabda 2-3 top fərqiylə üstün olaq ki, ikinci hissədə daha rahat oynayaq. Lakin sonradan bir qədər oyunun ipini əlimizdən buraxdıq. Yəqin ki, bir qədər rahatlaşdıq.
- Hesabda 2:0 irəli olduqdan sonra komandanızda bir qədər arxayınlıq hiss olunurdu. Rəqibiniz qapınız qarşısında bir neçə təhlükəli vəziyyət yaradaraq, hətta qol vurmağa da nail oldu....
- Düzdü, ona görə də belə qarşılaşmalarda 90 dəqiqənin sonuna qədər oynamalısan. Futbolda belə şeylər olur. Ən əsası qalib gələrək vacib olan üç xalı qazana bildik.
- Komanda yoldaşın Rəşad Abdullayev oyunöncəsi “Bakı”yla görüşün “Neftçi” üçün rahat keçəcəyini bildirmişdi. Bu fikirlə razısan?
- Bilirsiniz, niyə belə deyirdi? Çünki “Bakı” hər zaman açıq və hücum futboluna üstünlük verir. Yəni bəzi klublar kimi, bütünlüklə müdafiəyə qapanmır. Buna görə də belə klublarla oyunda komanda öz futbolunu nümayiş etdirə bilir.
- Dünən meydanda çox cənfəşanlıq göstərirdin. Dəyəsən, qol vurmağa çalışırdın.
- Həmin oyunda nəinki mən, hər bir komanda yoldaşım çox çalışırdı. Qol vurmaq istəməmə gəlincə, bəli, bunu istəyirdim. Lakin istəyimə nail olmadım. Bir şey də var ki, futbolçu daim bütün qarşılaşmalarda yaxşı təsir bağışlaya bilməz. Elə oyun olur ki, mən də istədiyim kimi özümü göstərə bilmirəm. Amma ən əsas məsələ komanda oyunudur.
- Turnir cədvəlində ən yaxın izləyiciniz əzəli rəqibiniz “Xəzər Lənkəran”dır. Bu, sizi narahat etmir?
- İlk olaraq, qarşıdakı görüşlərdə maksimum nəticə qazanmaq barəsində fikirləşirik. “Xəzər Lənkəran” bizi maraqlandırmır. Onlar tərəfə heç baxmırıq da. Onlarla aramızda altı xallıq fərq var. Niyə narahat olmalıyıq ki? Çalışacağıq, bu üstünlüyü çempionatın sonuna kimi qoruya bilək.
- Növbəti turda “İnter”lə görüşəcəksiniz.
- Bu mövsüm onlarla oyunların hamısı maraqlı və gərgin məcrada keçib. Yəqin ki, bu dəfə də azarkeşlər gözəl bir futbolun şahidi olacaqlar. Məncə, hansı komanda ilk qolu vursa, qələbəni də o qazanacaq. İnanıram ki, bu görüşdə sevinən tərəf biz olacağıq.
Əli HƏYATİ
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
UEFA Millətlər Liqasında günün oyun təqvimi
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?