Pəhləvanlar Güləş Federasiyasının Kuboku uğrunda yarışacaqlar

Pəhləvanlar Güləş Federasiyasının Kuboku uğrunda yarışacaqlar
XƏBƏR 9 Aprel 2012 / 17:05 1595
-  A +

Aprel ayının 25-28 tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir keçiriləcək.

Qol.Az-a Güləş Federasiyasından verilən məlumata görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, İsrail, Qazaxstan, Özbəkistan, Türkmənistan və Rumıniya güləşçilərinin iştirakı gözlənilir.

Turnirin proqramına əsasən, aprelin 25-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 26-də yunan-Roma güləşi üzrə gənclər, 27-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 28-də isə, sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulacaq.

Turnirin rəsmi açılış mərasimi aprel ayının 25-də, saat 17.00-da baş tutacaq.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Son xəbərlər