“İnter” klubunun müdafiəçisi İlya Kandelakinin Qol.Az saytına müsahibəsi
- Uniban Premyer Liqanın 27 turunda evdə “Qarabağ”la heç-heçə (1:1) etdiniz. Bu nəticədən razı qaldın?
- Biz əslində oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Lakin nəzərə alsaq ki, məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtardıq, o zaman bu, pis nəticə deyil. Ancaq “İnter” gərək bu oyunda qalib gələydi. Çünki üç xala çox böyük ehtiyacımız vardı. Bəlkə də bu səbəbdən daha çox risk etməli olduq.
- Yəqin ki, oyunun sonlarında artıq məğlubiyyətdən qurtula bilməyəcəyini düşünmüşdün.
- Düzdü, vaxt daraldıqca ümüdlər tükənməyə doğru gedirdi. Lakin insanda ümid yalnız sonda ölür. Meydanda sona qədər mübarizə apardıq. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm. Lakin “İnter” rəqiblərinə nisbətən həm psixoloji, həm də fiziki baxımdan üstünlük təşkil edir. Biz bir çox qarşılaşmada məğlub durumda olmağımıza baxmayaraq, qələbə qazanaraq nəticəni öz xeyrimizə dəyişə bilmişik.
- Səncə, qələbə qazanmağınıza nə mane oldu?
- Biz də istəyirdik ki, qalib gələk. Ancaq qələbə qazanmaq əvəzinə az qala məğlub olacaqdıq. Bir şey var ki, hər evdə oynadığın qarşılaşmalarda qalib gələ bilmərsən. Burada rəqibimizin hansı komanda olduğunu da unutmamalıyıq. Onlar yaxşı və Avropa təcrübəsinə malik komandadır.
- Bir neçə tur öncə liderliyə ən iddialı namizədlərdən olsanız da, hazırda dördüncü pilləyə yuvarlanmısınız.
- Mənim fikrimcə, biz ötən iki qarşılaşmada məğlub olmamalıydıq. Bu amil bizim turnir cədvəlində yerimizin dəyişməsinə çox təsir göstərdi. Dünənki görüşdə də yenə qələbə qazana bilmədik. Lakin inanıram ki, komanda özünü toplamağı bacararaq, avrokuboklara vəsiqəni təmin edə biləcək.
Əli HƏYATİ
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?