Azərbaycan taekvondoçusu Fəridə Əzizova Misirin Şarm əl-Şeyx şəhərində gənclər arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Lent.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən Əzizova 2012-ci il London Yay Olimpiya Oyunlarına böyüklər arasında qazandığı vəsiqənin təsadüfi olmadığını bir daha nümayiş etdirib. 17 yaşlı taekvondoçumuz mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, əvvəlcə serbiyalı Violeta Babiçi, ¼ finalda sloveniyalı Dunya Lemajiçi yenib. Yarımfinalda Əzizova tailandlı Kanjana Sukivasdan üstün olub. Nəhayət, həlledici görüşdə təmsilçimiz Hollandiyanı təmsil edən Aylin Akdənizə 4:3 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər taekvondoçularımıza gəldikdə, Pərvin Əliyev (59 kq), Elnur Məhərrəmov (78 kq), Seyidəzim Bədirxanlı (+78 kq) ilk, Ruslan Abbasov (51 kq), Ayxan Tağızadə (55 kq), Vladislav Subbotin (73 kq) və Təranə Məmmədova (46 kq) ikinci döyüşdəcə uduzaraq, medalsız qalıblar.
Məcid Sofiyev (45 kq), Nicat Əliyev (63 kq) və Zümrüd Məlikova (42 kq) aprelin 7-də, Elmar Bədəlli (48 kq), Şamxal Əbilov (68 kq), Nərminə Məmmədova (44 kq) aprelin 8-də döyüşəcək.
Niderland da 100-ü keçdi
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə