Bolqarıstanın “Levski” futbol komandasının baş məşqçisi Georgi İvanov istefa verib.
Qol.Az-ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, 36 yaşlı mütəxəssis bu vəzifədə cəmi 9 gün işləyə bilib.
Onun rəhbərliyi altında “Levski” 2 oyun keçirib. Sofya təmsilçisi “Liteks” və “Ludorqts”a eyni hesabla uduzub – 0:1. Hazırda “Levski” Bolqarıstan çempionatında 5-ci yerdədir. İvanov istefa qərarını belə əsaslandırıb: “Komandaya daxili sakitlik lazımdır. Son zamanlar “Levski”ni həddən artıq tənqid edirlər”.
Qeyd edək ki, “Levski” 2009-2010-cu il mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Bakı”nı üstələyib – 0:0, 2:0. Sonrakı qarşılaşmasında Macarıstan “Debretsen”inə uduzan Bolqarıstan komandası Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirib.
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə