Yığmamız Macarıstanı 3 qolla məğlub etdi

Yığmamız Macarıstanı 3 qolla məğlub etdi
XƏBƏR 6 Aprel 2012 / 16:49 2062
-  A +

Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız "Viktoria SC Szombathely" komandasına 3:0 hesabı ilə qalib gəlib.

Qolları Nərgiz Ömərova, Melis Sarıaltın və Leyla Solmaz vurub.

Qeyd edək ki, "Viktoria SC Szombathely" komandası Macarıstanın U-17 qızlar liqasının hazırkı çempionudur.


Son xəbərlər