Felipo Melo "Qalatasaray"dan qovulur

XƏBƏR 6 Aprel 2012 / 11:13 2394
-  A +

İstanbulun "Qalatasaray" klubu "Yuventus"dan icarəyə götürdüyü Felipo Melo ilə yolları vaxtından əvvəl ayıra bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, buna Melonun dünənki məşqdən sonra komanda yoldaşı Albert Rieranı döyməsi səbəb olub.

Bundan əvvəl "Qalatasaray"lı başqa bir futboçu Eboue ilə dava edən Melonun komandada uzaqlaşdırılması real görsənir.

Qeyd edək ki, "Cim-Bom"un dünənki məşqi zamanı Melo ilə Riera arasında mübahisə yaranıb. Bunu görən baş məşqçi Fatih Terim hər iki oyunçununu məşqdən qovub. Paltardəyişmə otağına çatanda Melo qapını arxadan bağlayaraq komanda yoldaşını döyməyə başlayıb. Hadisə nəticəsində Rieranın qaşına beş dikiş qoyulub.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq