Türkiyədə daha bir klub prezidenti həbs olundu

Türkiyədə daha bir klub prezidenti həbs olundu
XƏBƏR 5 Aprel 2012 / 13:50 1824
-  A +

Futbol üzrə Türkiyə Superliqasında mübarizə aparan “Qaziantepspor” klubunun prezidenti İbrahim Kızıl həbs olunub.

Kızıldan əlavə klubun daha 15 əməkdaşı saxlanılıb.

Onlar Türkiyə futbolundakı danışılmış oyunların təşkilində şübhəli bilinirlər. Konkret, Kızılın rəhbərliyi dövründə “Qazıantepspor”un müntəzəm olaraq danışılmış oyunlarda iştirak etdiyi vurğulanır.

Qeyd edək ki, buna qədər “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım da oyun alqı-satqısında təqsirləndirilərək həbs olunub.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu