Mario Qomez 2016-cı ilə qədər "Bavariya"da

Mario Qomez 2016-cı ilə qədər "Bavariya"da
XƏBƏR 4 Aprel 2012 / 17:16 1645
-  A +

"Bavariya" klubu təcrübəli hücumçusu Mario Qomezlə müqaviləni uzatdığını açıqlayıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu ilə daha 4 illik müqavilə imzalanıb.

Almaniya millisinin hücumçusu 2016-cı ilə qədər "Bavariya"nın şərəfini qoruyacaq. Bu mövsüm Bundesliqada 23 qola imza atan Qomez, Çempionlar Liqasında da 12 qolla komandasının yarımfinala yüksəlməsində böyük rol oynayıb.

Qeyd edək ki, 2009-cu ildə "Ştuttqart"dan "Bavariya"ya transfer olunan Qomez keçirdiyi 88 oyunda 61 dəfə rəqib qapılarına yol tapıb. 


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu