"Real" APOEL-lə görüşə qara sarğıda çıxacaq

"Real" APOEL-lə görüşə qara sarğıda çıxacaq
XƏBƏR 4 Aprel 2012 / 15:44 2487
-  A +

İspaniyanın "Real" (Madrid) klubunun keçmiş futbolçusu Xose Mariya Sarraqa 81 yaşında vəfat edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar komanda üzvləri aprelin 4-də Kipr APOEL-i ilə keçirəcəkləri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşünə qara sarğıda çıxacaqlar.

Oyundan öncə isə Sarraqanın xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, Xose Mariya Sarraqa 1951 – 1962-ci illərdə "Real"da oynayıb. O, “kral klubu”nda 6 dəfə İspaniya çempionluğu, 5 dəfə Çempionlar Kuboku, 1 dəfə isə İspaniya Kuboku və Qitələrarası Kubok qazanıb.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu