"Milan"ın daha bir futbolçusu "Yuventus"a keçir

"Milan"ın daha bir futbolçusu "Yuventus"a keçir
XƏBƏR 4 Aprel 2012 / 01:34 2270
-  A +

"Milan"ın təcrübəli müdafiəçisi Alessandro Nesta mövsümün sonunda komandadan ayrılmaq niyyətindədir.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, italiyalı futbolçunun "Yuventus"a keçəcəyi iddia olunur.

Daha öncə Andrea Pirlonu transfer edən "Yuventus" bu dəfə Nestaya "elçi" düşüb. Turin təmsilçisinin mövsümün sonunda Nesta ilə danışıqlara başlayacağı gözlənilir. Ancaq 36 yaşlı futbolçunun fiziki durumunun qaydasında olmaması baş məşqçi Antonio Konteni narahat edir.

Qeyd edək ki, 2002-ci ildən "Milan"da çıxış edən Nesta keçirdiyi 218 oyunda cəmi 7 qola imza atıb.

 


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu