İbrahimoviç Messi ilə Ronaldonu müqayisə etdi

İbrahimoviç Messi ilə Ronaldonu müqayisə etdi
XƏBƏR 4 Aprel 2012 / 00:22 2772
-  A +

"Milan" klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç Kriştiano Ronaldo ilə Lionel Messinin müqayisəsi haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, “TV3”-ə müsahibə verən isveçli hücumçu Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib:

"Messi doğuşdan istedadlı futbolçudur. Ronaldo isə öz üzərində çox çalışması sayəsində bu səviyyəyə gəlib çatıb. Messi dünyanın ən yaxşısıdır. O, yalnız sol ayağını işlədə bilir. Məncə, Messinin sağ ayağını işlətməsinə ehtiyac yoxdu. Əgər sağ ayağını da işlətsəydi, rəqib müdafiəçilərə daha böyük problemlər yaradacaqdı".

Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Milan" forması ilə Avropada keçirdiyi 6 oyunda 5 qola imza atıb.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu