"Real"ın növbəti hədəfi - Serxio Aquero

"Real"ın növbəti hədəfi - Serxio Aquero
XƏBƏR 3 Aprel 2012 / 18:49 2303
-  A +

"Real" (Madrid) klubu mövsümün sonunda daha bir ulduz futbolçunu transfer etməyə hazırlaşır.

Qol.Az-ın "As" qəzetinə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "Mançester Siti"nin hücumçusu Serxio Aqueroya "elçi" düşüb.

Argentinalı futbolçu üçün 10 milyon avro ödəməyə hazır olduğunu açıqlayan "Real" rəhbərliyi üstəlik komandanın hücumçusu Qonzalo İquaini də qarşı tərəfə vermək niyyətindədir.

Mançester təmsilçisinin də bu təklifi müsbət qarşılaması Aqueronun mövsümün sonunda Madridə gəlməsinə zəmin yaradır. “Real”ın Aqueronun transferi üçün məbləği artıracağı da istisna olunmur.

Qeyd edək ki, Aquero mövsümün əvvəlində 45 milyon avro müqabilində "Atletiko" (Madrid) klubundan "Mançester Siti"yə transfer edilmişdi.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu