Aprelin 20-22-də Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək.
Qol.Az-ın məlumatına görə, sərbəst güləş yığmamız 3 çəki dərəcəsində lisenziya uğrunda yarışacaq.
Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Xetaq Qazyumov (96 kq, Aslanbek Alborov (ehtiyat)) ilk lisenziya turnirinə yollanacaq idmançılardır. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) Olimpiadaya vəsiqəni artıq təmin edib.
Yunan-roma güləşçiləri məşqçilər Salih Bora və Mutaalib Yerlikayanın rəhbərliyi altında 5 çəki dərəcəsində Olimpiya lisenziyası hədəfləyib. Həsən Əliyev (60 kq, Kamran Məmmədov (ehtiyat)), Vitali Rəhimov (66 kq, Rüstəm Əliyev (ehtiyat)), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq, Maksim Proxorov (ehtiyat)) Bolqarıstana yollanacaq heyətdə yer alıb. Xatırladaq ki, yunan-Roma yığmamız, ötən ilki dünya çempionatında, 2 çəkidə (Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq)) Olimpiya lisenziyası qazanıb.
Qadın güləşçilər Olimpiya Oyunlarında 4 çəki dərəcəsində mübarizə aparır. Yığma komandamızın hesabında 1 lisenziya (Mariya Stadnik (48 kq)) artıq var. Bolqarıstanda keçiriləcək turnirdə yığmamız baş məşqçi əvəzi Maqomed Aliomarov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında Yuliya Ratkeviç (55 kq), İrina Netreba (63 kq, Nadya Sementsova (ehtiyat)) və Dina İvanova (72 kq) ilə təmsil olunacaq.
Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya kateqoriyalı referi Əjdər Cəfərov Sofiyada təşkil olunacaq ilk lisenziya turnirində ölkəmizi hakim kimi təmsil edəcək. Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 güləşçi (finalçılar) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi