Ronaldo: "Qızıl dubl edəcəyik"

Ronaldo: "Qızıl dubl edəcəyik"
XƏBƏR 3 Aprel 2012 / 17:08 2221
-  A +

"Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan portuqaliya ulduz mövsümün sonunda "qızıl dubl" edəcəklərinə inandığını bildirib:

"La Liqa və Çempionlar Liqasında inamla irəliləyirik. Riyakarlıq etməyəcəm. ÇL-də APOEL səddini keçməyə çox yaxınıq. Ancaq hələ cavab matçı var və bunu rəsmiləşdirməliyik. La Liqada da işlərimiz yolunda gedir. İnanıram ki, bu mövsüm qızıl dubl edəcəyik".

Qeyd edək ki, "Real" (Madrid) - APOEL cavab matçı sabah axşam Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq

28.07.25  11:57

İlin azarkeş rekordu