"Simurq" "Rəvan"la oyuna hazırlaşır

XƏBƏR 3 Aprel 2012 / 15:16 1337
-  A +

Unibank Premyer Liqanın XXVI turunda AZAL-la oyundan (1:2) sonra dünən bir saatlıq məşqə çıxan "Simurq" klubu yüngül bərpaedici hazırlıq keçib.

Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, XXVI turda zədələnərək meydanı tərk edən Qərib İbrahimov və Andreys Rubinsdən başqa bütün futbolçular məşqdə iştirak edib.

Bundan sonra “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze futbolçulara bir günlük istirahət verib. 
 
Qeyd edək ki, Zaqatala təmsilçisi artıq sabahdan məşqləri bərpa edəcək və “Rəvan”la oyunun hazırlıqlarını davam etdirəcək.


Son xəbərlər