«Qarabağ» - «Neftçi» oyununda ajiotaj

XƏBƏR 1 Aprel 2012 / 15:00 2658
-  A +

Bu gün saat 16.00-da başlanacaq Unibank Premyer Liqanın «Qarabağ» - «Neftçi» oyununa böyük maraq var.

Qol.Az-ın məlumatına görə, oyunun başlanmasına 1.5 saat qalmış Quzanlı stadionunun tribunaları ağzına qədər dolub.

Oturmağa yer tapa bilməyən 500-dən çox azarkeş isə oyunu meydançanın qapılarının arxasından ayaqüstə izləməli olacaqlar.


Son xəbərlər