Ukraynalı olimpiya çempionu Mingəçevirdə 3 qızıl medal qazandı
Mingəçevir şəhərində keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə Beynəlxalq Prezident Kuboku Reqatası iştirakçıların kəmiyyəti ilə yanaşı, keyfiyyəti baxımından da ildən-ilə fərqlənir. Bu dəfə reqataya ukraynalı olimpiya çempionu İnna Osipenko-Radomskaya da qatılıb.
Osipenko-Radomskaya 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. Prezident Kubokunda isə 30 yaşlı idmançı 3 qızıl medala sahib olub. O, 1000 metr məsafəni 5 dəqiqə 22,19 saniyəyə, 500 metr məsafəni 2 dəqiqə 15,37 saniyəyə, 200 metr məsafəni isə 44,55 saniyəyə saniyəyə qət edib. Məşhur kayakçı hər üç halda ən yaxın izləyicisi, gürcüstanlı Yekaterina Şaburaşvilini böyük fərqlə geridə qoyub. Şaburaşvili müvafiq olaraq, 6 dəqiqə 12,09 saniyə, 2 dəqiqə 40,07 saniyə və 55,17 saniyə nəticə göstərib. Hər üç məsafədə 3-cü yeri azərbaycanlı kayakçı Nuriyə Axundova tutub. Axundova 1000 metrlik məsafədə 6:28.51 dəqiqə, 500 metrlik məsafədə 2:50.31 dəqiqə, 200 metrlik məsafədə isə 55,54 saniyə nəticə göstərib.
Qeyd edək ki, İnna Osipenko-Radomskaya olimpiya çempionluğundan əlavə, 2004-cü il Afina Yay Olimpiya Oyunlarında, həmçinin 2007 və 2011-ci il dünya çempionatlarında bürünc medal qazanıb, əməkdar idman ustasıdır.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?