"Bavariya"nın hücumçusu Aryen Roben karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu ilə "Çelsi" və Mançesterin bir təmsilçisinin maraqlandığı iddia olunur.
"Bavariya"dakı oyunu ilə diqqətləri üzərinə çəkən Robenlə daha öncə "Tottenhem" klubu danışıqlar aparsa da, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdi. Lakin mövsümün sonunda daha 2 ingilis klubunun 28 yaşlı futbolçuya təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, 2004-2007-ci illərdə "Çelsi"nin şərəfini qoruyan Roben bu komandanın heyətində keçirdiyi 67 oyunda 15 qola imza atmışdı.
Azərbaycanda ilk
Messidən 2 qol ötürməsi
Azərbaycan UEFA reytinqində irəlilədi
"Kəpəz" onun transferini rəsmən açıqladı
Qurban Qurbanov: “Transferə ehtiyacımız var”
"Hesabı bərabərləşdirə bilərdik" - "Şelburn"un baş məşqçisi
“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində!
Messi MLS-də ən yaxşı seçildi
"Karvan" "İmişli"yə qalib gəldi
"Qarabağ”ın Kəhəri fanatlar qarşısında - Video
"Qəbələ"də daha bir ayrılıq - Rəsmi
Özbəkistan millisinin üzvü "Başakşehir"də
"Qarabağ" - "Şelburn": Heyətlər
"İlk oyunun özündən tam razı qalmadım" - Valdas Dambrauskas
"Qarabağ"ın bugünkü oyununa nə qədər bilet satılıb?