Ukraynalı ağır çəkili boksçu Vladimir Kliçko 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında qazandığı qızıl medalı xeyriyyə məqsədilə hərracda satıb və dərhal geri alıb.
Qol.Az-ın “Seqodnya Sport”a istinadən verdiyi məlumata görə, medala 1 milyon dollar xərcləyən naməlum şəxs mükafatın elə Kliçkonun özündə qalmasını qərara alıb.
O, boksçuya və ailəsinə hörmət əlaməti kimi bu addımı atdığını bildirib. Alveri isə kiçik Kliçkonun özü dayandırıb. Vladimir səhnəyə qalxaraq deyib ki, naməlum alıcı onun qızıl medalına 1 milyon dollar xərcləməyə hazırdır. Bundan sonra alıcının nümayəndəsi mükafatın boksçuda qalmasına qərar verildiyini bəyan edib.
Kliçko deyib: “Atlanta olimpiadasında qazandığım qızıl medal peşəkar boksda həm mənə, həm də böyük qardaşıma uğur gətirdi. Arzumuz reallığa çevrildi. Xeyirxah insanın xərclədiyi vəsait sayəsində biz 100 minlərlə ukraynalı uşağın arzusunu da həyata keçirə bilərik. Bu uşaqlar, onların valideynləri və müəllimləri adından laqeyd qalmadığınız üçün sizə minnətdaram”.
Qeyd edək ki, martın 29-da Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş xeyriyyə auksionunda 1,5 milyon dollardan çox gəlir əldə olunub. Medaldan əlavə Vitali Kliçkonun barmaq izlərinin təsvir olunduğu brilyant saat, qardaşlardan birinin döyüşü zamanı çəkilmiş şəkil də satılıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?