Berluskoni yenidən "Milan"ın prezidenti oldu

XƏBƏR 30 Mart 2012 / 11:50 1640
-  A +

"Milan"ın sahibi Silvio Berluskoni yenidən bu klubun prezidentliyinı qayıdıb.

Qol.Az-ın xəbərinə görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, 2008-ci ildə İtaliyanın baş nazirili seçildiyi üçün Berluskoni klub prezidenti vəzifəsini tərk etmişdi. 2011-ci ilin noyabrın 12-də isə o, baş nazir vəzifəsindən istefa verib.

Qeyd edək ki, Berluskoni "Milan"a 1986-cı ildən başçılıq edir. O, klubun sahibi olduqdan sonra "Milan" səkkiz dəfə İtaliya çempionu, bir dəfə ölkə kubokunun, beş dəfə Çempionlar Liqasının (əvvəlki Çempionlar Kuboku da daxil), beş dəfə UEFA superkubokunun, iki dəfə qitələrarası kubokun, bir dəfə isə klublararası dünya çempionatının qalibi olub.

Son xəbərlər