Yunis Hüseynovun 200-ci oyunu

XƏBƏR 30 Mart 2012 / 11:02 1659
-  A +

Unibank Premyer Liqasının XXVI turunun “Xəzər Lənkəran” – “İnter” oyunu Lənkəran klubunun baş məşqçisi Yunis Hüseynov üçün əlamətdar olacaq.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, baş məşqçiliyə 2004-cü ildə başlayan mütəxəssis üçün “İnter”lə qarşılaşma yubiley – 200-cü oyun olacaq. 8 il əvvəl avqustda “Karat”la Qaradağ Olimpiya Kompleksində baş tutan matçda baş məşqçi kimi “Karvan”ın “sükanı arxasında” debüt edən Hüseynov həmin vaxtdan 199 oyunda iş başında olub. Karyerasına 2:0 hesablı səfər qələbəsi ilə başlayan Hüseynov bu 8 ildə “Karvan” və indiki klubu “Xəzər Lənkəran”la yanaşı “Standard”ı da çalışdırıb.

Son xəbərlər