Ölkəmizdə futbolun kütləviliyinin artırılması, təbliğinin gücləndirilməsi, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması məqsədilə AFFA tərəfindən yeni tədbirlər həyata keçirilir. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu gün futbol veteranı Rüstəm Rəhimov və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Səbail rayonundakı 91 saylı orta məktəbdə təşkil olunan tədbirdə şagirdlərə futbol barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Məktəblilərə futbolla bağlı videoçarx nümayiş etdirilib.
Xatırladaq ki, ilk belə tədbir aprelin 13-də Səbail rayonundakı 51 saylı orta məktəbdə, aprelin 15-də isə Badamdar qəsəbəsindəki 236 və 239 saylı orta məktəblərin şagirdləri üçün 239 saylı məktəbdə təşkil olunmuşdu. Uşaqların futbola marağının artırılması məqsədilə həyata keçirilən silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi